00:00:00
Yazar
Admin User
04.01.2026 16:36 70 2 dəq oxuma
Siyasət

Azərbaycan bu sahədə MDB-də ən yaxşı göstəriciyə sahibdir

Azərbaycan bu sahədə MDB-də ən yaxşı göstəriciyə sahibdir

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri də xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi. Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur.

 

Mövzu ilə bağlı Milli Məclisin IV çağırış millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və strateji tranzit layihələri Azərbaycanın uzunmüddətli maliyyə sabitliyinin əsasını təşkil edir:

 

“Qlobal iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına müəyyən təsir göstərməsi qaçılmazdır. Bununla belə, dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər risklərin təsirini minimuma endirməyə imkan verir. İqtisadiyyatın diversifikasiyası istiqamətində atılan addımlar, ölkənin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi, enerji və qaz tranzitinin genişlənməsi Azərbaycanın dayanıqlı valyuta mənbələrini formalaşdırır. Orta Dəhlizin funksionallığının artması və gələcəkdə Zəngəzur dəhlizinin istismara verilməsi ölkənin geoiqtisadi mövqeyini daha da gücləndirəcək. Azərbaycanın maliyyə dayanıqlığını şərtləndirən əsas amillərdən biri qızıl və valyuta ehtiyatlarının həcminin ölkənin ümumi daxili məhsulu ilə müqayisə edilə biləcək səviyyədə olmasıdır. Bu göstərici iqtisadi təhlükəsizlik baxımından mühüm üstünlük yaradır. Eyni zamanda, dövlət borcunun ÜDM-in 20 faizindən aşağı səviyyədə qalması ölkənin güclü maliyyə ehtiyatlarına malik olduğunu və qlobal iqtisadi sarsıntılara qarşı hazırlıqlı olduğunu göstərir. Mövcud maliyyə resursları hesabına xaricdən gələn risklərin iqtisadiyyata təsiri əhəmiyyətli dərəcədə azaldıla bilər”.

 

Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər