00:00:00
Yazar
Admin User
26.12.2023 18:06 385 1 dəq oxuma
Sosial

Azərbaycan bununla bağlı bütün addımları atır

Azərbaycan bununla bağlı bütün addımları atır

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 8 məsələdən biri Qərbi azərbaycanlıların tarixi Vətənə qayıdışı haqqında Milli Məclisin bəyanatıdır. Bu barədə informator.az-a açıqlama verən deputat Ceyhun Məmmədov hesab edir ki, Cənab prezidentin rəhbərliyi ilə Azərbaycan mütləq öz məqsədlərinə nail olacaq və biz bütün tarixi torpaqlarımıza birmənalı olaraq qayıdacağıq. 

 

"Yəni bu gün bununla bağlı Azərbaycan bütün addımları atır. Və bu ən qısa vaxtda baş verəcək".

 

Deputat bildirib ki, kimin necə qarşılamasından asılı olmayaraq bu mütləq baş tutacaq. 

 

"Bu Azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün səsləndirilən bir bəyanatdır".

 

Aynur Babayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər