00:00:00
Yazar
Admin User
13.10.2025 18:52 229 2 dəq oxuma
Siyasət

Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik - 2025” adlı birgə regional təlimdə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iştirak edəcək. Təlimdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistandan komando və PUA heyətləri yer alır. Məqsəd antiterror əməliyyatlarında peşəkarlığın artırılması, regionda sülhün qorunması və təcrübə mübadiləsidir. Təlim oktyabrın 21-dək davam edəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, Azərbaycanın “Birlik – 2025” adlı birgə regional təlimdə iştirakı ölkəmizin regional sülhün və sabitliyin təmin olunmasına yönələn ardıcıl və məqsədyönlü siyasətinin bariz göstəricisidir:

 

"Beləliklə də, bu təlim antiterror əməliyyatlarında peşəkarlığın artırılmasını, müxtəlif hərbi strukturlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini hədəfləyərək bölgədə təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsinə xidmət edir. Eləcə də, Mərkəzi Asiya ölkələri ilə bu formatda həyata keçirilən hərbi əməkdaşlıq regional həmrəyliyin gücləndirilməsi ilə yanaşı, siyasi dialoqun möhkəmlənməsinə və ortaq maraqlar əsasında strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Həmçinin belə birgə təşəbbüslər iştirakçı dövlətlərin suverenliyinə və milli təhlükəsizlik maraqlarına qarşılıqlı hörmət prinsipi əsasında qurulan çoxşaxəli münasibətləri daha da möhkəmləndirir. Nəticə etibarilə, ortaq hərbi təlimlər xarici təsirlərə qarşı kollektiv dayanıqlığın artırılmasına, region ölkələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə şərait yaradır. Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edərək regional təhlükəsizliyə mühüm töhfə verir və milli maraqlarını çevik, prinsipial və uzaqgörən siyasət vasitəsilə ardıcıl şəkildə qoruyur".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər