00:00:00
Yazar
Admin User
05.09.2025 15:22 104 1 dəq oxuma
Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və agentliyin nümayəndələri iştirak ediblər.

 

"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, qurumun sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir. 

 

“Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər”, - deyə İlham Bayramov bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər