00:00:00
Yazar
Admin User
19.09.2025 18:53 100 2 dəq oxuma
Siyasət

“Azərbaycan dövləti həmişə İrana əl uzadıb”

“Azərbaycan dövləti həmişə İrana əl uzadıb”

İran rəsmiləri Azərbaycanla münasibətlərin strateji səviyyədə inkişaf etdiyini açıqlayıb. Siyasi şərhçilər isə bu bəyanatların real vəziyyəti əks etdirmədiyini bildirirlər. Onların fikrincə, Tehran uzun illərdir əməkdaşlıq qurmaq əvəzinə, münasibətləri pozmaqla məşğuldur.

 

Mövzu ilə bağlı siyasi şərhci Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti dəfələrlə bildirib ki, Azərbaycan dövləti həmişə İrana əl uzadıb, onun çətin anlarında yanında olub:

 

“Amma təəssüf ki, uzun illərdir İranı idarə edən Fars-molla rejimi Azərbaycanla münasibətləri ancaq pozmaqla məşğuldur. Onların dərdi Azərbaycan Respublikasını yox saymaqdır. Bunu ya Bakı Respublikası, ya da İranın şimalı adlandırırlar. Bu da göstərir ki, rəsmi Tehran sözlərlə yanaşı əməldə Azərbaycanla əməkdaşlıq etmək istəmir. Bizimlə yaxınlaşsınlar, mehribanlaşsınlar, daha da iç-içə olaq deyə bir dərdləri, qayğıları yoxdur. Hələ torpaqlarımız işğal altında olanda Ermənistana etdikləri yardımları da unutmuruq. Bundan savayı Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın qarşısında duran ən böyük maneələrdən biri də İran olmaqda davam edir. Strateji tərəfdaşlıq, yaxın qonşuluq, mehriban münasibətlər olmur. Təəssüf ki, Tehran yalnız sözlərlə ictimaiyyətə mesaj verir, amma real siyasətdə Azərbaycanın maraqlarını nəzərə almır. Strateji addımlar atırıq deyirlər, amma ictimaiyyəti çaşdırmağa çalışırlar. Arzu edərdik ki, Azərbaycanla münasibətlərdə həqiqətən də dinc qonşuluğa və qarşılıqlı anlaşmaya üstünlük versinlər. Qarşılıqlı etimad yaranarsa ticari, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq imkanları daha da genişlənə bilər. Bunları etsələr hər şey yoluna düşəcək və regionda daha sabit bir gələcək üçün zəmin yaranacaq”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər