00:00:00
Yazar
Admin User
08.09.2025 16:44 127 1 dəq oxuma
Sosial

Azərbaycan Efiopiyada yüksəksəviyyədə iclas keçirib

Azərbaycan Efiopiyada yüksəksəviyyədə iclas keçirib

Azərbaycan Efiopiyada Afrika qitəsinin iqlim çağırışları ilə bağlı yüksəksəviyyədə iclas keçirib.

Burada regionun ekoloji problemləri və onların həlli yolları müzakirə olunub.

 

Mövzu ilə əlaqədar olaraq ekoloq İradə Həsənova "İnformator.az" a açıqlamasında bildirb ki, iclasda vacib məsələlər diqqət mərkəzində olub:

 

"Sentyabrın 6-da Efiopiyada Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü ilə yüksəksəviyyədə iclas keçirilib. İclasın əsas təşkilatçılarından biri Muxtar Babayev olub. Bu iclasda əsas müzakirə olunan mövzu Afrika qitəsi üçün ən həssas mövzularından biri hesab olunan iqlim dəyişikliyi olub. Tədbirdə 50-yə yaxın ölkə və 200-dən çox nümayəndə iştirak edib. Muxtar Babayev həmçinin COP29-da qəbul edilmiş qərarların vacibliyini qeyd edib. Nümayəndələr mövzu haqqında müzakirələr apararaq, bu məsələlərin həll yolunun vacibliyini qeyd ediblər. Həmçinin bu iclasda COP30 - un sədri A. K. Laqo COP29 - a Sədrliyi üçün təşəkkür edərək, bu çağırışların mənasız olmayacağını vurğulayıb. Azərbaycanın da tədbirin təşkil olunmasında töhfələri olub, bunun üçün də COP30 Sədrliyi Azərbaycana verdiyi töhfəyə görə təşəkkürünü bildirib". 

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər