00:00:00
Yazar
Admin User
22.10.2025 12:40 132 1 dəq oxuma
Siyasət

Azərbaycan-Ermənistan sülh sazişi hazırdır

Azərbaycan-Ermənistan sülh sazişi hazırdır

Onun sözlərinə görə, hər iki tərəf bu istiqamətdə hazırlaşır.


“Vaxtı-zamanı gələndə sülh imzalanacaq”, - Əli Əsədov qeyd edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi bu gün Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün bir sıra addımlar atılıb və atılır:


“Bir müddət bundan əvvəl ABŞ-də də bir sənədin imzalandığını gördük. Prosesler ora aparır ki, tərəflər arasında sülh müqaviləsi nizamlanması üçün gərəkən bütün addımlar ardıcıl və sistemli formada atılır və müvafiq tədbirlər həyata keçirilir. Bölgəmizə sülhün gəlməsi üçün sülh müqaviləsi imzalanması çox önəmlidir. Bu ümumi uzunmüddətli sabitlik baxımından çox böyük siyasi gözləntiləri özündə əks etdirir. Eyni zamanda, sülh sammitinin imzalanması ilə bağlı biz deyə bilərik ki, tərəflər arasında etimad var, etimad qurulub və bu etimad ümumi prosesdə öz töhvəsini verəcək. Artıq bilirsiniz ki, Azərbaycan təyyarəsi Ermənistana enibdir, buda ciddi gösdəricidir. Eyni zamanda, Cənab Prezident İlham Əliyev açıqlama veribdir ki, artıq blokada aradan qaldırılıbdır və bütün bunlar bizə yeni imkanlar, fürsətlər yaradacaq".


Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər