00:00:00
Yazar
Admin User
25.09.2025 17:05 148 2 dəq oxuma
Siyasət

Azərbaycan–Estoniya münasibətləri

Azərbaycan–Estoniya münasibətləri

Azərbaycan və Estoniya arasında ikitərəfli əlaqələrin genişləndirilməsi çərçivəsində XİN naziri Ceyhun Bayramov və Estoniyanın XİN naziri Marqus Tsaxkna görüşüb.

 

Görüşdə Azərbaycan-Estoniya dialoqunun siyasi məsləhətləşmələr və qarşılıqlı səfərlər vasitəsilə gücləndirilməsinin, eləcə də ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarının əhəmiyyəti vurğulanıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Azərbaycan və Estoniya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin perspektivləri həm siyasi, həm də praktiki əməkdaşlığın yeni üfüqlərə daşınması baxımından diqqət çəkir:

 

"Məlumdur ki, Estoniyanın bu istiqamətdə beynəlxalq təcrübəsi var. Azərbaycanın regionda artan rolu və yüksələn xəttlə inkişaf edən iqtisadi potensialı bir-birini tamamlayan amillərdir. Qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələrin bundan sonra da intensivləşməsi gözlənilir. İkitərəfli münasibətlər təkcə diplomatik münasibətlərlə məhdudlaşmadan praktiki əməkdaşlıqda özünü doğruldacaq. Belə ki, Azərbaycanın Baltikyanı ölkələr, xüsusilə Estoniya ilə münasibətləri daha da güclənməklə Avropa İttifaqı ilə siyasi, iqtisadi inteqrasiyada yüksələn xəttlə inkişaf gedəcək. Estoniyanın Cənubi Qafqazla əməkdaşlığı, enerji təhlükəsizliyi, orta dəhliz layihəsi çərçivəsində də mühüm rol oynayacaq. Əlaqələrin tarixi fonu da zəngindir. Diplomatik münasibətlərimizin qurulduğu dövrdən bu günə həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə inkişaf davam edir. Hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində də təmasları mühüm rol oynayır. Azərbaycan və Estoniya beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərində bir-birlərinə dəstək göstərirlər. Bu o deməkdir ki, iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi yalnız iki ölkə üçün deyil, regional və beynəlxalq miqyasda strateji əhəmiyyət kəsb edir. İqtisadi artım potensialı, tarixi təməllər, beynəlxalq platformalarda əməkdaşlıqlar davam etdikcə digər istiqamətlərdə də enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri bu istiqamətdə münasibətlərin gələcəyi günü-gündən daha da geniş perspektivlər açmaqda davam edəcək".

 

Ayan Eyvazova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər