00:00:00
Yazar
Admin User
25.10.2025 15:21 165 1 dəq oxuma
Siyasət

Azərbaycan hərbçiləri "Nüsrət-2025 Dəvət Təlimi"ndə iştirak edir

Azərbaycan hərbçiləri "Nüsrət-2025 Dəvət Təlimi"ndə iştirak edir

Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

 

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər