00:00:00
Yazar
Admin User
22.09.2025 13:20 99 2 dəq oxuma
Siyasət

Azərbaycan ilə Ruandanın əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan ilə Ruandanın əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Müxtəlif qitələrdə yerləşmələrinə baxmayaraq, fərqli tarixi və mədəniyyəti olan Azərbaycan və Ruanda arasında son illərdə ikitərəfli münasibətlər intensivləşir. Bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşılıqlı marağın olmasını təsdiqləyir.

 

Mövzu ilə əlaqədar olaraq politoloq Ramiyə Mamedova "İnformator.az" a açıqlamasında bildirib ki, bu əlaqələr həm iqtisadi, həmdə siyasi cəhətdən ola bilər:

 

"Ruanda ilə Azərbaycan arasında əslində bütün münasibətlərin, əlaqələrin inkişaf etməsi ilk növbədə "Qoşulmama Hərəkatı"ndan başlayır. Bilirsiz ki, Azərbaycan sədrlik etdiyi müddətdə Afrika ölkələri ilə sıx münasibətlərdədir və Ruanda da onlardan biridir. Ruanda üçün Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan maraqlı ölkədir. İlk növbədə "Qoşulmama Hərəkatı"nda bu 2 ölkənin bir-birinə dəstəyi və Afrikada gedən proseslərə Azərbaycanın birmənalı dəstəyi, iqtisadi baxımdan Azərbaycanda həm kənd təsərrüfatı məhsulları, həm logistika. Çünki Bakı limanı Afrika qitəsi Azərbaycan üçün bu gün marağlı logistika yoludur. Kənd təsərrüfatı məhsullarının mübadiləsi, yaşıl enerji mübadiləsi. Afrikanın həddən artıq yaşıllıqları çoxdur. Bu məsələdə də Qarabağda gedən proseslərdə də yaşıl enerji məsələsi çox gündəmdədir. Eyni zamanda Ruanda İKT üzrə Afrikanın öndə gedən ölkələrindən biridir. Bu da Azərbaycan üçün marağlıdır. Yəni bu məsələlərə gələndə investisiya qoyulması, təbii ki, normaldır. Afrikada yataqlar, yəni həm yeraltı yataqların həddən artıq çox olması, bunun içində qızıl da gedir, brilliant da gedir başqa yataqlarda var. Bunların hər birinə investisiya qoyulması həm Azərbaycan, həm də Ruanda üçün maraq doğurur".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər