Azərbaycan-İran sərhədində əməkdaşlıq: Görüşlər müsbət, nəticə şübhəli
18 sentyabrda Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.
Mövzü ilə əlaqədar politoloq İlkin Məmmədkərimov "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, görüş hər iki ölkənin maraqlarına cavab verir:
"Vurğulandığı kimi iqtisadi əlaqələrin genişləndirilməsi və iqtisadi zonanın yaradılması kimi layihələrin müzakirə olunması müsbət bir haldır. Ancaq bu görüşün nəticə verməyəcək. Ona görə ki, İranın ali dini lideri R.Xomeyni Azərbaycana qarşı hər zaman ikili standartlarla yanaşı, Azərbaycana qarşı onların istər Zəngəzur dəhlizi məsələsində, istər bir neçə məsələdə Azərbaycana qarşı çıxmaları, istərsə də hər zaman müharibə dövründə İranın Ermənistana dəstək verməsi, bu ölkənin Azərbaycana qarşı olan kinin, nifrətinin göstəricisidir. İran prezidentin, M.Pezeşkianın əslində Azərbaycanla bağlı münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Yəni dəfələrlə bunu bildirib. Ancaq Xomeyninin, yəni İranın ali dini liderinin niyyəti bu deyil. Azərbaycanla münasibətlərin yaxşılaşdırılması İran rəhbərliyinə maraqlı deyil. Məhz buna görə də Pezeşkianla dini lider arasında münasibətlər pisdir və ona qarşı qarayaxma kampaniyası aparılır. Mən ona görə rəhbərliyin bu düşüncədə olmaması səbəbindən, ümumiyyətlə, aşağı təbəqəli görüşlərin hər hansı bir fayda verəcək".
Aydan Məmmədova