00:00:00
Yazar
Admin User
19.11.2025 16:58 101 2 dəq oxuma
Siyasət

Azərbaycan Kiyevdəki səfirliyinə raket düşməsi ilə bağlı Rusiyaya nota verib

Azərbaycan Kiyevdəki səfirliyinə raket düşməsi ilə bağlı Rusiyaya nota verib

Azərbaycan Kiyevdəki səfirliyinin İsgəndər raketinin düşməsi nəticəsində zədələnməsi ilə bağlı Rusiyaya rəsmi nota təqdim edib. XİN-də Rusiyanın səfiri Mixail Yevdokimova kəskin etiraz bildirilib. Hadisədə insan tələfatı olmasa da, səfirliyin hasarı, bina və avtomobillər ciddi ziyan görüb. Azərbaycan əvvəlki illərdə Xarkiv Fəxri Konsulluğu, səfirliyin yaxınlığı və SOCAR-ın Odessa bazasına edilən zərbələri xatırladaraq bu hücumların məqsədyönlü olub-olmaması barədə suallar qaldırıb və Rusiyadan araşdırma aparmağı tələb edib.

 

Bu mövzu ilə bağlı millət vəkili, deputat Vüqar Bayramov “İnformator.az”a bildirib ki, Azərbaycan, təbii ki, Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalmasını qəti şəkildə pisləyir:

 

“Bu hadisə beynəlxalq normalara və prinsiplərə ziddir. BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar məsələyə münasibət bildirərək diplomatik nümayəndəliklərin toxunulmazlığını təsdiqləyib. Çünki səfirliklər və onların əraziləri beynəlxalq konvensiyalara uyğun şəkildə qorunan zonalar hesab olunur. Bu kontekstdə insidentin Rusiya vasitəsilə ciddi nəzərə alınması xüsusilə vacibdir. Hadisədən dərhal sonra Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı baş tutub. Ukrayna tərəfi Azərbaycana həmrəyliyini ifadə edib və humanitar məsələlərdə dəstək göstərməyə hazır olduğunu bildirib. Azərbaycan Prezidenti də baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyub. Azərbaycan hər zaman region ölkələri ilə qarşılıqlı münasibətlərin qorunub saxlanmasında və inkişafında maraqlı olub. Lakin eyni zamanda beynəlxalq konvensiyalara və prinsiplərə riayət olunması əsas prioritetdir. Bu səbəbdən bu tip insidentlərin təkrarlanması arzuolunan deyil. Təəssüf ki, son illərdə bu kimi hallar zaman-zaman baş verir, lakin ümid edilir ki, bu, sonuncu olacaq. Çünki Azərbaycan regional sabitlik və konstruktiv əməkdaşlıqdan yana olan ölkədir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər