00:00:00
Yazar
Admin User
01.06.2025 04:11 176 1 dəq oxuma
Dünya

Azərbaycan Kuboku “Sabah”a verilib:

Azərbaycan Kuboku “Sabah”a verilib:

Qarabağ”ın futbolçusu Yassin Benzia “Sabah” komandasına 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından öncə mükafatlandırma mərasimində də fərqli davranışı ilə seçilib.

 

"İnformator.az" "Globalinfo.az"a istinadən xəbər verir ki, Əlcəzair millisinin yarımmüdafiəçisi AFFA prezidenti Rövşən Nəcəfin boynuna medal taxmaq istəyini geri çevirib.

 

O, medalı əlinə götürərək gedib.

 

Qeyd edək ki, Yassin Benzia oyun zamanı aqressiv davranışları ilə seçilib. 120-ci dəqiqədə “Sabah” komandasının qələbə topundan sonra meydana girən 31 yaşlı yarımmüdafiəçi hakimləri təhqir edib. Bu səbəbdən, Benzia qırmızı vərəqə alıb. Onun “Qarabağ”la müqaviləni uzadılması istiqamətində danışıqlarda razılığa gəlmədiyi və komandanı tərk edəcəyi bildirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər