00:00:00
Yazar
Admin User
08.12.2025 19:30 127 1 dəq oxuma
Yoxdur

Azərbaycan mədəni irsi turizmin inkişafını gücləndirir

Azərbaycan mədəni irsi turizmin inkişafını gücləndirir

Son illərdə Azərbaycan mədəni irsi və tarixi yerləri turizm sektorunun inkişafında əsas rol oynayır. Ölkədə turizm infrastrukturu da müasirləşir: mehmanxanalar, avtobus xətləri, elektron bələdçilər və interaktiv muzeylər turistlərin rahatlığını artırır. Eyni zamanda, mədəni tədbirlər və beynəlxalq festivallar Azərbaycanı tanıtmaq və xarici turistləri cəlb etmək üçün vacib platforma hesab olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Anar Salmanov bildirib ki,Azərbaycanın mədəni irsi bizim milli yadigarımızdır və turizmin inkişafında strateji dayaq rolunu oynayır:

 

"UNESCO-nun irs siyahısına daxil olan abidələr,İçərişəhər, Qala divarları, Şirvanşahlar Sarayı və Qobustan qaya rəsmləri ölkəmizin beynəlxalq tanınmasını gücləndirir və turizm axınının artmasında əsas katalizator kimi çıxış edir. Bu irs obyektləri Azərbaycanın brend imicini formalaşdırır, xüsusilə Avropa, ABŞ və Asiya bazarlarından gələn turistlər üçün yüksək cəlbedicilik yaradır və mədəni turizm potensialının inkişafına mühüm töhfə verir. Düşünürəm ki, aifiyuəti qurumlar bu istiqamətdə təbliğatı daha da gücləndirməli və mədəni irs turizmini ölkəmizin turizm sütunlarından biri kimi daha geniş auditoriyaya çatdırmalıdırlar, xüsusilə də yuxarıda qeyd etdiyim həmin ölkələrdə.Eyni zamanda, mədəni irs obyektlərinin yerləşdiyi ərazilərdə müvafiq infrastrukturun və keyfiyyətli mədəni xidmət mühitinin yaradılması turizmin bu sahəsinin inkişafına daha güclü dəstək verə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər