00:00:00
Yazar
Admin User
16.10.2025 18:31 152 2 dəq oxuma
Siyasət

Azərbaycan Mərkəzi Bankın sədri Çin Xalq Bankının sədri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankın sədri Çin Xalq Bankının sədri ilə görüşüb

ABŞ-nin Vaşinqton şəhərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və biz bunu aydın şəkildə görürük:

 

"Siyasi, iqtisadi, hərbi, təhsil, səhiyyə-yəni bütün sahələrdə kompleks şəkildə bizim əlaqələrimiz inkişaf edir. Azərbaycanla Çin arasında ticarət dövriyyəsi həcmi ilbəil artır. Bu çox müsbət haldır. Çinin Cənubi Qafqaza və Azərbaycana investisiya qoyuluşu artır və bu müsbət haldır. Azərbaycanın Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlar və bu reallıqların nəticəsində Cənubi Qafqazın sülh bazasına çevrilməsi rəsmi Pekinin xüsusilə diqqətindədir. Bu da əlbəttə ki, Çinin Cənubi Qafqaza investisiya qoyuluşunu artırır. Təbii ki, bundan narazı olan dövlətlər var. Məsələn, ABŞ. Azərbaycanın Şərq bloku ilə, o cümlədən, Çin ilə bu səviyyədə əməkdaşlıqdan heç də məmnun deyil, əslində. Buna baxmayaraq, Azərbaycanın xarici siyasətindəki balanslılıq bütün dövlətlərə məlumdur və bütün dövlətlər bilirlər ki, rəsmi Bakının özünün xarici siyasətdə original üslubu var. Bu üslub heç bir qütbə qoşulmadan balanslı davranmağı özündə ehtiva edir. Eyni zamanda heç bir güc Azərbaycanla diqtə dilində danışa bilməz. Yəni ABŞ hələ nə qədər narazı olsa da bu prosesdən Azərbaycana deyə bilməz ki, sən bunu eləmə, onu elə. Çünki Azərbaycan artıq 1991-1992ci illərdəki Azərbaycan deyil. Azərbaycan bu gün istənilən dövlətlə bərabər hüquqlu tərəfdaş olmaq imkanına malikdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər