00:00:00
Yazar
Admin User
22.09.2025 13:09 94 2 dəq oxuma
Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusa səfərə gedib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusa səfərə gedib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Xaqani Cəfərli bildirib ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri əsasən iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın bu günün dəyərləndirmək və gələcək imkanları müzakirə edilməsinə məqsədi daşıyır:

 

“Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə yaxşı əməkdaşlıq var. Tərəflər bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduqda belə yüksək səviyyəli rəsmilərin səfərlərinə ehtiyac yaranır. Azərbaycanın beynəlxalq hərbi əlaqələrində Belarusun rolunu yüksək qiymətləndirmək mümkün deyil. Çünki, Belarus beynəlxalq münasibətlərdən təcrid edilmiş və üzərində sanksiyalar olan bir ölkədir. Ona görə bu ölkənin Azərbaycanın beynəlxalq hərbi əlaqələrində yüksək yer alması mümkün deyil. Müdafiə nazirinin birinci müavini ilə Baş Qərargah rəisinin vəzifələri arasında hansı fərqlər ordu quruculuğuna, silalı qüvvələr konsepsiyasına bağlı məsələdir. Qərb konsepsiyasında Baş Qərargah rəisi ordunun hərbi rəhbəri, müdafiə naziri siyasi rəhbəridir. Keçmiş sovet sistemində isə əsas söz sahibi müdafiə naziri və onun müavinləridir. Azərbaycanda hibrid bir sisten olduğu üçün belə Baş Qərargah rəisi müdafiə nazirinin müavini ola bilir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər