Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Mövzu ilə əlaqədar politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumu son vaxtlar mütəmadi xarakter daşıyır:
“Beynəlxalq aləm özünü sülh carçısı kimi göstərsə də, Ermənistanın bu hərəkətləri onu göstərir ki, Ermənistan bugünkü gündə sülh müqaviləsini imzalamağa hazır deyil. Ermənistanın bu təxribat hərəkətləri bu və ya digər qüvvələr tərəfindən hətta Ermənistan hakimiyyəti tərəfindən genişləndiriləndirir.
Yaxınlarda Ermənistan baş naziri iclasda Silahlı qüvvələrə xitabən müraciət edib ki, atəşkəs rejiminə riayət edilsin.
Ermənistanın bu hərəkəti Ermənistan hakimiyyəti tərəfindən və ya Ermənistan hakimiyyətinin iradəsindən kənar olsa da, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Azərbaycan həmişə olduğu kimi Ermənistanın təxribatçılıq hərəkətinə cavab verir. Lakin Azərbaycan sülh müqaviləsi bağlanana qədər o platforma bugünkü günə qədər sadiqdir. Əgər yenidən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini atəşə tutarsa, Azərbaycan buna layiqincə cavab verəcək”.
Asiman Vəliyeva