Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə gəlir
Azərbaycan prezidenti İlham Əliyev, Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il martın 5-də Ankaraya səfər edəcək.
Prezident Kompleksində keçiriləcək görüşlərdə cari regional və qlobal proseslər, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Bundan əlavə, səfər çərçivəsində 25 sentyabr 2023-cü ildə təməli Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev vasitəsilə qoyulan İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılış mərasimi canlı əlaqə vasitəsi ilə keçiriləcək.
Mənbə: a haber
Nərmin Həşimova