Azərbaycan prezidenti Əliyev Ankaraya gəlir
Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya səfər edəcək.
Kommunikasiya Direktoru Fahrettin Altunun verdiyi məlumata görə, Prezident Külliyesində keçiriləcək görüşlərdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
İğdır-Naxçıvan Təbii Qaz Kəməri açılacaq. Səfər münasibəti ilə 25 sentyabr 2023-cü ildə təməlini Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı əlaqə vasitəsi ilə keçiriləcək.
Tərcümə etdi:Ayşən Səlimova
Mənbə:TRT haber