00:00:00
Yazar
Admin User
21.10.2025 18:29 134 2 dəq oxuma
Siyasət

Azərbaycan Prezidentinin Astanada rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Prezidentinin Astanada rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Prezidentinin Astanada yüksək səviyyədə qarşılanması, şəxsən Prezident Kasım-Jomart Tokayevin hava limanında Azərbaycan Prezidentini qarşılamağa gəlməsi dövlətimizə və dövlət başçımıza verilən dəyəri və qiyməti göstərir. İki tərəfli görüşlər zamanı Qazaxıstan Prezidenti müzakirə olunacaq məsələlər barədə müəyyən ipucları verib. Azərbaycan və Qazaxıstan strateji tərəfdaş və müttəfiq dövlətlərdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada siyasi ekspert Abutalıb Səmədov bildirib ki,ilk növbədə təbii ki,iqtisadi əlaqələrin möhkəmləndirilməsinə ehtiyac var:

 

"Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsi ötən il 470 milyon manat olub. Bu il isə 3,8 dəfə artaraq ilin yarısında 570 milyon manat səviyyəsinə çatıb. Yəqin ki, ilin sonunda bu rəqəm 1 milyarddan artıq olacaq. Ancaq bu da son deyil , inkişaf üçün kifayət qədər imkanlar var və ilk növbədə bu məsələlər müzakirə olunmalıdır. Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında əsas müzakirə olunan məsələlər iqtisadi əməkdaşlıq məsələləri olub. Şübhəsiz ki, təhlükəsizlik məsələləri də iki dövləti ciddi şəkildə düşündürən mövzulardandır. Məlumdur ki, Rusiyanın ayrı-ayrı vəzifəli şəxsləri həm Qazaxıstan, həm də Azərbaycan əleyhinə xoşagəlməz bəyanatlar verirlər. Bu isə dövlətlərimizi gələcək barədə düşünməyə və təhlükəsizliyi birgə təmin etməyə yönəldir".

 

Həmçinin politoloq bildirib ki,Qazaxıstan və Azərbaycan təhlükəsizlik məsələlərində mütləq əməkdaşlıq etməlidirlər və bu sahədə vəziyyətin dəyişməsinə ehtiyac var:

 

"Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının son yığıncağında birgə təlimlər keçirmək barədə təklifi də bu məqsədə xidmət edir.Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilat və qurumlarda daim bir-birinə dəstək verir və şübhəsiz ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək. Eyni zamanda Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının aparıcı ölkələrindən biridir və bu təşkilatın formalaşmasında hər iki dövlətin böyük rolu var. Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq mövcuddur. Qazaxıstan öz neftini Avropa bazarlarına çatdırmağı planlaşdırır. Hələlik 1,5 milyon ton nəzərdə tutulur və bu miqdarın artırılmasına ehtiyac duyulur. Bakı neft kəməri demək olar ki, öz potensialının yarısı səviyyəsində fəaliyyət göstərir və burada da birgə əməkdaşlığa böyük ehtiyac var. Azərbaycan Prezidentinin Qazaxıstana səfərində verilən əsas mesajlardan biri belədir- biz dostuq, qardaşıq, bir yerdəyik və münasibətlərimizi daha da inkişaf etdirmək istəyirik. Heç kim bu dostluğa və qardaşlığa mane ola bilməz".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər