00:00:00
Yazar
Admin User
16.10.2025 11:13 124 2 dəq oxuma
Siyasət

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri

Prezidentin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsi və regiondakı geosiyasi proseslərə dair ortaq mövqelərin formalaşdırılması hədəflənir.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada politoloq Ramiyə Mamedova bildirib ki,Prezidentin Qazaxıstana səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqliyin güclənəcəyini göstərir:

 

"Bu səfər çərçivəsində ən önəmli müzakirə mövzuları sırasında mədəni irs, humanitar məsələlər, nəqliyyat və logistika sahələri yer alır. Eyni zamanda, regionda - Asiyada və Qafqazda baş verən hadisələrin də gündəmdə olacağı gözlənilir. Xüsusilə logistika sahəsində Zəngəzur dəhlizinin açılması və Orta dəhlizin inkişafı həm Azərbaycan, həm də Qazaxıstan üçün prioritet istiqamətlərdəndir. Çünki bu gün güclü logistika imkanları birbaşa ölkələrin iqtisadi gücünü müəyyən edir. Səfər zamanı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiyalar məsələsi də əsas müzakirə mövzularından olacaq".

 

Eyni zamanda politoloq bildirib ki, Yaxın Şərqdə, Asiyada, Çində, Qərbdə və Rusiya ilə bağlı proseslərin də dəyərləndirilməsi planlaşdırılır:

 

" Bu səfər çərçivəsində enerji sahəsində, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, neft və qaz məhsulları üzrə əməkdaşlığa dair müqavilələr bağlanması gözlənilir. Qazaxıstanın taxıl, metallurgiya və digər sənaye məhsullarının daşınması məsələləri də müzakirə ediləcək.

 

 Türk dövlətləri ilə bağlı münasibətlər də diqqət mərkəzində olacaq. Qazaxıstanın Çin və Rusiya ilə münasibətlərində tutduğu mövqe və gələcək fəaliyyət istiqamətləri də önəmli müzakirə mövzuları sırasındadır. Azərbaycan və Qazaxıstanın ortaq türk kimliyi, keçmiş SSRİ dövlətləri olması və tarixi bağları bu münasibətlərin möhkəmlənməsinə zəmin yaradır. Bu səfər iki ölkənin regional siyasətdə və iqtisadi əməkdaşlıqda daha da yaxınlaşmasının göstəricisidir".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər