Azərbaycan Qazaxıstanda kibertəhlükəsizlik konfransında təmsil olunub
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev Qazaxıstanın Almatı şəhərində keçirilən "KazHackStan 2025" kibertəhlükəsizlik konfransında iştirak edib.
Mövzu ilə əlaqədar olaraq İT mütəxəssisi İlkin Məmmədkərimov "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan digər ölkələrlə əlaqələr quraraq bu sahədə təcrübələrini inkişaf etdirə bilər:
"Azərbaycanın kibertəhlükəsizlik ilə bağlı tam şəkildə məlumatı azdır. Konfransda iştirakın əsas məqsədi, ümumiyyətlə, kibertəhlükəsizliklə bağlı təcrübəsi olan ölkələrlə əməkdaşlıq etməkdir. Və onların sayəsində kibertəhlükəsizlik ilə bağlı tədbirləri gücləndirməkdir. Bununla bağlı, təbii ki,konfranslarda Azərbaycanın da iştirak etməsi müsbət haldır. Ona görə ki, bu sahədə açıq etiraf edim ki, kibertəhlükəsizlik ilə bağlı mütəxəsislər tam məlumatlı deyil. Bu konfranslarda iştirak bizə onlarla, yəni inkişaf etmiş ölkələrlə əməkdaşlıq sahəsində əlaqələr qurmağa yardım edir. Azərbaycan üçün nəticələrinə gəldikdə isə, o nəticələri ola bilər ki, bizdə də mütəxəssislərimiz onlarla əməkdaşlıq sahəsində öz təcrübələrini artıra bilərlər. Digər ölkələrlə əməkdaşlıq sahəsində kibertəhlükəsizlik mövzusu Azərbaycanda da inkişaf edə bilər, bilirik ki, bizdə təhlükəsizlik yetərli səviyyədə deyil, iri banklarda kartlara müdaxilə olunur, müəyyən saytlara giriş edilir bu geniş bir hal alıb. Biz əlaqələr qurmaqla təcrübələrimizi inkişaf etdirə bilərik".
Arzu Poladova
