00:00:00
Yazar
Admin User
06.01.2026 16:32 116 3 dəq oxuma
Siyasət

Azərbaycan regional nəqliyyat qovşağına çevrilir

Azərbaycan regional nəqliyyat qovşağına çevrilir

Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək.

 

Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma - indi orada böyük suvarma layihələri icra ediləcək- istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik ”,- deyə dövlətimizin başçısı Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Zəngəzur və Orta Dəhlizin genişlənməsi Türk dünyasının quru yolu vasitəsilə birləşməsinə imkan verəcək:

 

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üçün yeni imkanlar açacaq. Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etdiyi kimi, həm praktik olaraq İranın dəmir yollarına, eyni zamanda Rusiyanın dəmir yollarına çıxış imkanları deməkdir. Prosesdən Cənubi Qafqaz ölkələrinin yararlanmaq imkanları kifayət qədər çoxdur.

Əslində, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Ermənistan üçün dəmir yollarına çıxış imkanlarının genişlənməsi ilə nəticələnə bilər. Bu baxımdan Ermənistan bu imkanlardan faydalanmaqla iqtisadi dividend əldə edə bilər. Ona görə də İrəvanın bu proseslərə daha rasional yanaşması vacibdir.

Eyni zamanda bu, Azərbaycanın tranzit olaraq üstünlüklərini artırır. Zəngəzur və Orta Dəhlizin genişlənməsi Türk dünyasının quru yolu vasitəsilə birləşməsinə imkan verəcək. Bu da Türk dünyası və Azərbaycan üçün yeni imkanlar deməkdir”.

 

Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində dəmir yolu sistemi beynəlxalq standartlara uyğun şəkildə müasir formada inşa edilir:

 

“Bundan əlavə, nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri aparılır, digər tərəfdən Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar ayından etibarən 10 illik vergi güzəştlərinin tətbiqinə başlanılıb .Bu , o deməkdir ki, praktik olaraq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın inteqrasiyasına zəmin yaradacaq.

Bu isə həm iqtisadi inteqrasiya, həm də nəqliyyat-logistika inteqrasiyası deməkdir. Beləliklə, hər üç bölgəmizin inkişafı daha da təşviq olunacaq.

Dəmir yolu xətləri beynəlxalq yükdaşımalar baxımından olduqca vacibdir, çünki bu, xərclər baxımından daha ucuz daşınma vasitələrindən biridir. Bu xətlərin istifadəsi və genişləndirilməsi beynəlxalq yükdaşımaların həcminin artmasına, eləcə də ölkə daxilində iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək.

Əsas məsələ budur ki, Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan dəmir yolu sistemi beynəlxalq standartlara uyğundur. Bu da gələcəkdə həm beynəlxalq, həm də daxili daşımaların həcminin artmasına imkan verəcək”.

 

Müsahibimiz sonda vurğulayıb ki, bütün bu proseslər Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyinin daha da möhkəmlənməsinə, ölkə ərazisindən tranzit daşımaların həcminin artmasına və nəticə etibarilə dövlət gəlirlərinin yüksəlməsinə şərait yaradacaq.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər