Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcək
Azərbaycan bundan sonra da regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, müxtəlif nəqliyyat bağlantılarının yaradılması Azərbaycanın regional siyasətinin mühüm və fasiləsiz istiqamətlərindən biridir. Həm də Azərbaycan bölgənin bu istiqamətdə ən qabaqcıl ölkələrindən biri sayılır:
“Çünki regionda, nəqliyyat marşrutlarının yaradılmasında Azərbaycan həmişə hadisələri qabaqlayıcı mövqedən çıxış edib. Bu cəhətdən də başqa ölkələri xeyli dərəcədə üstələyir. Nəqliyyat bağlantılarına Azərbaycan xüsusi önəm verir, o cümlədən də TRİPP layihəsi Azərbaycanın siyasətinin, həm də strateji hədəfləri olan istiqamətlərindən biridir. Azərbaycan nəqliyyat bağlantılarına ona görə xüsusi önəm verir ki, buna bir neç baxır. Birinci nəqliyyat bağlantıları Azərbaycanın baxışında nəqliyyat əlaqələrini təmin etmək üçündür. İkincisi, dövlət üçün iqtisadi mənfəət mənbəyidir. Üçüncüsü, nəqliyyat layihələri, nəqliyyat bağlantıları Azərbaycan üçün bölgədə dövlətləri bir birinə bağlamaq, əməkdaşlıq və əlaqələr qurmaq üçün çox mühüm bir vasitə rolunu oynayır. Eyni zamanda, ölkələrin arasında sülh və əmin amanlığın möhkəmləndirilməsində nəqliyyat bağlantılarının böyük rolu var. Beləliklə, Azərbaycan nəqliyyat bağlantılarına, xüsusilə də TRİPP layihəsinə həm iqtisadi struktur kimi, həm də dövlətlər arasında nəqliyyat, əməkdaşlıq, ticarət və sülh mühitini möhkəmləndirən bir vasitə kimi yanaşır. X layihəsi bölgədə ölkələri bir birinə bağlayan və aralarında sağlam və işgüzar əməkdaşlıq mühiti yaradan bir layihədir. Eyni zamanda, bu tip bağlantısı TRİPP marşrutu təhlükəsizlik xəttidir. Təsadüfi deyil ki, ilk əvvəllər bu layihənin üzərində Azərbaycan ciddi şəkildə təkcə Azərbaycan çox ciddi şəkildə işlədiyi halda, bu gün Ermənistanın özü də TRİPP layihəsinə münasibətini dəyişməyə məcburdur. Hətta bir vaxtlar TRİPP layihəsinin adı gələndə daş atıb başını tutan İran da bu gün əvvəlki aqressivlik nümayiş etdirmir. Çünki layihə üzərində Azərbaycanın fəaliyyəti gücləndikcə regionda bəzi ölkələr təklənmə qorxusundan hərəkətə keçməyə məcburdurlar. Bu gün de surətdə TRİPP layihəsi ilə münasibətdə mövqeyini tam dəyişməmiş yeganə bir ölkə İrandır. Ermənistan siyasətini artıq tam şəkildə TRİPP layihəsinin üzərində qurur. Təsadüfi deyil ki, bu günlərdə Paşinyan Parisdə Sülh Dünya Sülh konfransında çıxış edərkən hətta Azərbaycanın özü qədər Azərbaycandan da artıq səviyyədə TRİPP layihəsində Ermənistanın maraqlı olduğunu ifadə edib. İşə baxın ki, bir vaxtlar Ermənistan əlinə düşən tribunalarda Zəngəzur dəhlizinə qarşı mövqe tuturdu və Trampın sülh kəsişməsi layihəsinin daha çox lobbiçiliyini edirdi. Amma bu gün Ermənistan Azərbaycanın özü qədər Zəngəzur dəhlizi üçün fəaliyyət göstərmək mövqeyindədir. Bu da o deməkdir ki, artıq Azərbaycan Zəngəzur layihəsinin TRİPP layihəsinin bütün bölgə üçün çoxşaxəli bölgədə bütün dövlətlərə qəbul etdirə bildiyi, o cümlədən də Ermənistana TRİPP layihəsinin işə düşməsi bölgədə sülh və təhlükəsizlik təhlükəsizliyin dayaqlarını və arenasını xeyli dərəcədə genişləndirəcək “.
Reyhan Quliyeva
