00:00:00
Yazar
Admin User
09.12.2025 17:32 66 2 dəq oxuma
Siyasət

“Azərbaycan Slovakiya üçün uzunmüddətli perspektivdə strateji tərəfdaş ola bilər”

“Azərbaycan Slovakiya üçün uzunmüddətli perspektivdə strateji tərəfdaş ola bilər”

P.Pelleqrini vurğulayıb ki, Azərbaycan Slovakiyanın enerji təchizatında böyük rol oynaya bilər:

"Müdafiə sənayesi sahəsi də əməkdaşlıq üçün vacib sahədir. Biz sadəcə Azərbaycana silah satmaq niyyətində deyilik, bütövlükdə birgə istehsal, texnoloji əməkdaşlıq önəmlidir. Birgə istehsal edilən məhsulları başqa ölkələrə çıxara bilərik".


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazdə bildirib ki, ötən il Slovakiyanın baş nazirinin Azərbaycana səfərindən sonra strateji tərəfdaşlıq Bəyannaməsi imzalanıb və bundan sonra ikitərəfli münasibətlər yeni mərhələyə keçib:

 

“Slovakiyanın hərbi müdafiə sistemində müəyyən təcrübəsi var. NATO standartlarına uyğun olaraq, müasir silahlar istehsal edir, həmçinin, Avropa İttifaqına üzv dövlətdir və Avropa İttifaqında məhz Azərbaycanla strateji tərəfdaş olan ölkələrdən biridir. Slovakiya həm hərbi texniki müdafiə sahəsində, həm elmi, mədəni, siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahəsində əməkdaşlığa maraqlıdır. Həmçinin Slovakiya, Cənubi Qafqazda Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi, təbii ki, Azərbaycanın geosiyasi mövqeyini gücləndirir və Azərbaycana müttəfiqlərin sayını artırır. Həm göründüyü kimi, Slovakiya Prezidentinin də Azərbaycan barədə qeyd etdikləri, həm də sülh prosesinə görə Azərbaycan xalqını təbrik etməsi də, bu onu göstərir ki, Slovakiya da regionda sülhün təmin edilməsində maraqlıdır. Bratislava Bakı aviareys xətti də açılıb. Bu, xalqlar arasında dostluq və əlaqələrin möhkəmlənməsinə də, mühüm töhfə verəcək. Avropa İttifaqı da buna etiraz etməyəcək və tərəflərin öz siyasi iradəsi var ki, bu müstəvidə əməkdaşlığı inkişaf etdirsin“.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər