Azərbaycan suverenliyini tam siyasi kimliklə möhkəmləndirir
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 19 sentyabrda parlamentdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
Məsələ ilə bağlı polıitoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, tam siyasi kimliyin formalaşması Azərbaycanın beynəlxalq münasibətlər sistemində tam suveren, hüquqlu bir dövlət kimi iştirakı təmin edir:
“Azərbaycan hec kəsdən asılı deyil, heç bir məhdudiyyəti yoxdu və öz milli maraqlarına əsaslanaraq beynəlxalq münasibətlərdə müstəqil şəkildə çıxış edir. Ümumiyyətlə bu keçid dövlət- vətəndaş çümasibətlərini də dəyişir. Əvvəllər xarici faktorlar nəzərə alınaraq ikinci planda qalırdı. İndi isə bu münasibətlər ön plana keçir və qarşılıqlı etimad daha da möhkəmlənir. Tam siyasi kimlik ölkəyə geniş prespektivlər açır. Azərbaycan öz daxili və xarici siyasətini sərbəst müəyyənləşdirə, tərəfdaşlarını özü seçə, müxtəlif coğrafiyalardakı dövlətlərlə siyasi, iqtisadi və ticari əlaqələr qura bilər. istədiyi beynəlxalq birliklərə qoşulmaq imkanı da bu mərhələdə reallığa çevrilir”.
Nərmin Nəcəfova