00:00:00
Yazar
Admin User
10.11.2025 17:18 123 2 dəq oxuma
Siyasət

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub.

 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirdi ki, bu, hərbi-siyasi ittifaqın nümayişi idi:

 

“Bu, hər şeydən əvvəl, üç ölkənin — Azərbaycan, Türkiyə və Pakistanın — mühüm bir tarixi-coğrafi məkanda formalaşdırdığı hərbi-siyasi ittifaqın nümayişi idi. Çünki qlobal miqyasda, canlı Asiya və Qafqaz regionlarını birləşdirən bu "üçbucaq" real hərbi-siyasi proseslər fonunda sübut etdi ki, bu dövlətlər fövqəladə və müharibə şəraitlərində sinxron davranış sərgiləməyi bacarırlar.

Beləliklə, bütün dünyanın gözü qarşısında biz dost və qardaş ölkələr timsalında yeni müttəfiqlik və əməkdaşlıq münasibətlərinin formalaşdığını görürük və bu modeli gələcəkdə də uğurla tətbiq edə bilərik.

Bu münasibətlərin nəyə qadir olduğu artıq regionda güc balansının dəyişməsindən aydın görünür. Bu səbəbdən, Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini proqnozlaşdırmaq mümkündür. Bu, mövcud mürəkkəb tarixi mərhələdə hər üç ölkənin təhlükəsizliyinin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir.

Şübhəsiz ki, üç ölkənin liderləri arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və iqtisadi münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış ola bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, müharibədən sonra formalaşan yeni kommunikasiya və iqtisadi proseslər fonunda Çin-dən gələn nəqliyyat yolları üzərində Pakistan mühüm həlqələrdən birini təşkil edir.

Bundan başqa, Pakistan Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır. Bu ölkədən bir sıra ərzaq məhsulları və digər istehlak malları Azərbaycana idxal olunur. Həmçinin Pakistan Azərbaycan üçün hərbi sənaye sahəsində də əhəmiyyətli tərəfdaş rolunu oynayır. Artıq Azərbaycan Pakistan istehsalı olan yeni nəsil qırıcı təyyarələr əldə edib. Bu təyyarələr döyüş meydanında öz effektivliyini sübut etmiş texnikalardır".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər