00:00:00
Yazar
Admin User
13.10.2025 17:36 107 2 dəq oxuma
Siyasət

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

İslamabadda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası - red.) sədri Sərdar Ayaz Sadiq arasında görüş oktyabrın 13-də baş tutacaq.

 

Bu mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki,Azərbaycan, Pakistan və Türkiyə münasibətləri artıq fərqli bir səviyyəyə yüksəlib:

 

“Belə ki, bu ölkələrin müxtəlif qurumlarının rəhbərləri vaxtaşırı bir araya gəlirlər. Xarici işlər nazirləri, parlament rəhbərləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlər bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir. Təkcə bu il ərzində Azərbaycan, Pakistan və Türkiyə liderləri Azərbaycanda azı iki dəfə üçtərəfli formatda görüşüblər. Bundan əlavə, müxtəlif formatlarda da görüşlər təşkil olunur və İslamabadda nəzərdə tutulan parlament sədrlərinin görüşü də bu münasibətlər çərçivəsində davam edir. Təbii ki, tərəfləri bir-birinə bağlayan tarixi, milli, mədəni, eləcə də iqtisadi, ticarət və siyasi əlaqələr bu əməkdaşlığın əsasını təşkil edir. Son illərdə bu münasibətlər daha da güclənib və onların inkişafı bölgədə sülhün və regional sabitliyin qorunmasına mühüm töhfə verir. Nəzərə alsaq ki, may ayında Hindistanın Pakistana qarşı həyata keçirmək istədiyi hərbi təcavüzün qarşısının alınmasında məhz bu üçtərəfli ittifaqın böyük rolu olub, demək mümkündür ki, bu format bölgədə təhlükəsizlik və sabitlik üçün çəkindirici bir amilə çevrilib. O ki qaldı bu formatın gələcəkdə genişlənib-genişlənməməsinə, bunu zaman göstərəcək. Qeyd etdiyimiz amillər, həm də praqmatik yanaşmalar baxımından bu əməkdaşlıq möhkəmlənməkdədir. Burada həm mənəvi, həm də praqmatik yanaşmalar mühüm rol oynayır. Gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin də bu formata marağının artması mümkündür. Eyni zamanda, Pakistanın da Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv və ya qonaq statusunda iştirak etməsi ehtimalı var. Bütün hallarda bu üçtərəfli format həm qarşılıqlı münasibətlər, həm tərəflərin mənafeləri, həm də regional sülh və təhlükəsizlik baxımından olduqca mühüm əhəmiyyət daşıyır”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər