00:00:00
Yazar
Admin User
15.10.2025 17:18 96 1 dəq oxuma
Siyasət

"Azərbaycan Tacikistan münasibətləri yüksək səviyyədədir"

"Azərbaycan Tacikistan münasibətləri yüksək səviyyədədir"

Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman ilə təkbətək görüşü olub.

 

Məsələ ilə bağlı politoloq Vüqar Əhmədov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan MDB ölkələri dövlət başçılarının iclasında uğurla təmsil olundu, həm çoxtərəfli, həm də ikitərəfli olaraq Tacikistanla Azərbaycan arasında iqtisadi və siyasi əlaqələr yüksək səviyyədə inkişaf edir, Azərbaycan Prezidenti ilə Tacikistan Prezidentlərinin münasibətləri çox yüksək səviyyədədir:

 

"Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələrində siyasi və iqtisadi aktivliyi artmışdır, ölkəmiz Orta Asiya ölkələri ilə uğurlu əlaqələr qurmuşdur. Tacikistan bu mənada Mərkəzi Asiyanın önəmli ölkələrindən biri, Çinlə sərhədi olan və tranzit ölkələrdən hesab olunur. MDB çərçivəsində də Tacikistanla Azərbaycan arasında yaxşı və uğurlu əlaqələr mövcuddur, bu təşkilat çərçivəsində ölkələr hər zaman bir-birini dəstəkləyir. İkitərəfli qaydada Tacikistanla Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı nəzərdə tutulur və bu məsələlər dövlət başçılarının görüşündə müzakirə olundu. Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin həm Tacikistanla əlaqələrin inkişafı, həm də MDB dövlət başçılarının iclasında iştirakını uğurlu və məhsuldar hesab etmək olar. Bu, gələcəkdə Azərbaycanın Mərkəzi Asiya bazarlarına çıxışını genişləndirməklə yanaşı, Azərbaycanın bölgədə rolunu daha da artırmış olacaq. Azərbaycanın təşkil etdiyi çoxsaylı beynəlxalq görüşlərə Tacikistan Prezidenti də qatılaraq hər zaman Azərbaycana öz dəstəyini ifadə edir".

 

Gülay Səlifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər