00:00:00
Yazar
Admin User
04.09.2025 09:16 117 1 dəq oxuma
Sosial

Azərbaycan və BƏƏ enerji sahəsində tərəfdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan və BƏƏ enerji sahəsində tərəfdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb. 

 

"İnformator.az"  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Nazir qeyd edib ki, müzakirələr BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub.  Onun sözlərinə görə, görüşdə ölkələr arasında uğurlu tərəfdaşlıq münasibətləri vurğulanıb: "Həyata keçirilən birgə layihələr, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər