00:00:00
Yazar
Admin User
03.12.2025 17:23 118 1 dəq oxuma
Siyasət

Azərbaycan və BƏƏ əməkdaşlığında alt komitələr yaradacaq

Azərbaycan və BƏƏ əməkdaşlığında alt komitələr yaradacaq

Azərbaycan və BƏƏ beş əsas sektor üzrə alt komitələrin yaradılması barədə razılığa gəlib. Məlumata görə, alt komitələr siyasət və diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə və hüquq-mühafizə fəaliyyəti, humanitar əməkdaşlıq (təhsil, mədəniyyət və qabaqcıl texnologiyalar), həmçinin enerji əməkdaşlığı və davamlı inkişaf sahələrini əhatə edir.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, əməkdaşlığın müxtəlif digər sahələrə də genişləndirilməsi barədə razılaşma var:

 

"Birləşmiş Ərəb Əmirlikləri Körfəz ölkələri arasında ən zənginlərindən və ən sürətlə inkişaf edənlərindən biridir. Onun texnoloji inkişafı və maliyyə imkanları kifayət qədər yüksəkdir. Bildiyim qədər, Azərbaycan ilə BƏƏ arasında artıq bir sıra sahələrdə əməkdaşlıq mövcuddur. Xüsusilə alternativ enerji, yeni texnologiyaların tətbiqi və digər istiqamətlərdə birgə fəaliyyət uzun müddətdir davam edir. İndi isə bu əməkdaşlığın müxtəlif digər sahələrə də genişləndirilməsi barədə razılaşma var. Yəni bu iki ölkə arasında faydalı əməkdaşlıq yeni deyil. Həm regionda təmsil olunma baxımından, həm də qlobal miqyasda formalaşan yeni regional qütbləşmə fonunda tərəflərin bir araya gəlməsi məntiqlidir. Düşünürəm ki, hər iki ölkə eyni böyük regionda fəaliyyət göstərən dövlətlər olaraq bu əməkdaşlığı daha da dərinləşdirməyi doğru hesab edir".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər