00:00:00
Yazar
Admin User
13.11.2025 16:15 120 2 dəq oxuma
Siyasət

Azərbaycan və Botsvana diplomatik münasibətlər qurub

Azərbaycan və Botsvana diplomatik münasibətlər qurub

 

Nyu-Yorkda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev və Botsvananın BMT-dəki daimi nümayəndəsi Çarlz Masole iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommünike imzalayıblar.

Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan xüsusilə Afrikanın cənub ölkələri ilə münasibətlərdən qarşılıqlı fayda götürə bilər:

 

“Azərbaycanla Afrika ölkələri arasında qurulan münasibətlər son zamanlarda xeyli genişlənməyə başlayıb. Bu proses, həm Qoşulmama Hərəkatı çərçivəsində yaranan yaxınlıqla, həm də ümumilikdə Afrika qitəsində Azərbaycanın nüfuzunun artması ilə əlaqədardır. Son illərdə, xüsusilə Türkiyənin bölgədəki artan təsiri fonunda Azərbaycanın da nüfuzu müşahidə olunur. Bu münasibətlərin əsası əsasən Qoşulmama Hərəkatı çərçivəsində atılan addımlarla qoyulub və sonradan genişlənərək davam edib.
Avropa İttifaqı ölkələrinin Afrika üzərindəki təsirini itirməsi fonunda Azərbaycanın Afrika ölkələri ilə əlaqələri daha da dərinləşib. Biz bunu Efiopiya, Anqola, Keniya kimi ölkələrlə münasibətlərdə və COP29 zamanı bu ölkələrin nümayəndələrinin Azərbaycana səfərlərində də müşahidə etdik. Onlar Azərbaycanın dəstəyi ilə bir sıra addımlar atmağa başladılar. Bu cür yanaşma digər Afrika ölkələrinə də aiddir.
Məsələn, Cənubi Afrikanın bir hissəsində yerləşən Botsvana ilə də Azərbaycan bir sıra sahələr ,kənd təsərrüfatı, mədənçilik, diplomatik və baytarlıq sahələri üzrə əməkdaşlıq qurmağa çalışır. Bu münasibətlər gələcəkdə diplomatik əlaqələrin qurulmasına, səfirliklərin açılmasına və ümumi əməkdaşlığın güclənməsinə səbəb ola bilər. Botsvana kimi ölkələrdə baytarlıq sahəsində fəaliyyətin geniş olduğu nəzərə alınaraq, Azərbaycan da bu sahədə əməkdaşlığa maraq göstərir.
Ümumilikdə, Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi, bu ölkələrin təbii ehtiyatlarının və kənd təsərrüfatı potensialının qiymətləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın öz məhsullarını bu ölkələrə ixrac etməsi də iqtisadi baxımdan əhəmiyyətlidir.
Bu münasibətlər qarşılıqlı ticari və iqtisadi əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də dəstəklə müşayiət olunur. Bu əlaqələr, gələcəkdə diplomatik münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün zəmin yaradır. Nəticədə, həm Azərbaycan, həm də Afrika ölkələri, xüsusilə də Afrikanın cənub bölgələri, bu münasibətlərdən qarşılıqlı fayda götürə bilər. Bununla yanaşı, G7 ölkələrinin də bölgədə ciddi təsiri var və onlar öz nüfuzlarını qorumağa çalışırlar. Azərbaycanın atdığı addımlar da bu kontekstdə diqqət çəkir”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər