00:00:00
Yazar
Admin User
24.09.2025 19:04 97 2 dəq oxuma
Siyasət

Azərbaycan və Britaniya NATO-da 8 avqust görüşünü müzakirə edib

Azərbaycan və Britaniya NATO-da 8 avqust görüşünü müzakirə edib

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Böyük Britaniyanın daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb. Tərəflər “Sülh Naminə Tərəfdaşlıq” proqramı, Azərbaycan-Britaniya münasibətləri, regional vəziyyət və 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan sülh görüşünün nəticələrini müzakirə ediblər.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan–NATO münasibətləri ölkənin müstəqilliyinin ilk illərinə dayanır:

 

“NATO-nun birbaşa üzvü olmasa da, bir çox proqramında iştirak edib. SNT üzrə rəsmi Bakı uzun illər bu mövzuda Kosovoda, Əfqanıstanda, Pakistanda bir çox fəaliyyətlər həyata keçirib və NATO ilə ordu quruculuğu sahəsində, xüsusilə ordumuzun NATO standartlarında qurulmasında fəal əməkdaşlıq gedir. Azərbaycan NATO-nun da əməkdaşlıq etdiyi fəal ölkələrdəndir və təşkilat arasında bu günə kimi xoşagəlməz hal yaşanmayıb. Bunun digər bir səbəbi Türkiyə faktorudur. Türkiyə NATO-nun ən aparıcı ölkələrindəndir və Azərbaycan da NATO xaricində müttəfiq olduğu nadir dövlətlərdəndir. Azərbaycan NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ilə Böyük Britaniyanın daimi nümayəndəsi Anqus Lapsley arasında görüş zamanı bir çox mövzular gündəmdədir. Ümumiyyətlə, Azərbaycan Avropa ölkələri ilə enerji nəqlini həyata keçirir. NATO-nun SNT proqramında aktiv şəkildə iştirak edib. Məsələn, Əfqanıstanı ən son tərk edən ölkələrdən biri Azərbaycan olmuşdur, digəri isə Türkiyə idi”.

 

Politoloqun sözlərinə görə, NATO bu gün dünyanın müxtəlif bölgələrində sülhməramlı fəaliyyət göstərir, mümkündür ki, Azərbaycan da bu platformada davam etsin:

 

“Azərbaycanın bundan sonrakı dövrdə verəcəyi töhfə daha çoxdur. Çünki Azərbaycan münaqişəni bitirib və münaqişəli bölgələrdə belə bir ölkənin praktikasından istifadə edilməsi, oradan onun hərbçilərinin də iştirak etməsi həmin ərazilərdə sülhün qorunması üçün müsbət töhfə ola bilər. Həmçinin Azərbaycan–NATO əməkdaşlığının şaxələndirilməsi, NATO-dan silah alışı məsələsi gündəmə gələ bilər. Nəzərə alsaq ki, 907-ci düzəlişin ləğvi barəsində də Bakının Vaşinqtona görüşə gedib. Əgər bu mövzu aktuallaşarsa, təkcə ABŞ silahları deyil, həmçinin NATO silahlarına da qoyulan embarqolar ləğv edilə bilər. Vaşinqton görüşündən sonra Ermənistanın cavab addımları müsbət olub. Rəsmi İrəvan sülhə hazırlaşır, konstitusiya mövzusunda da fəaliyyətlərini davam etdirir. Türkiyə ilə əlaqələrin normallaşması, Azərbaycan ilə sülh sazişinin imzalanması təsadüfi deyil ki, yaxın günlərdə Ermənistandan ilk rəsmi şəxsin Azərbaycana səfəri də baş tutub və bu tarixi səfər idi. Səfərin baş tutması məsələsi, eyni zamanda sülh quruculuğu işləri, Ermənistan ilə təhlükəsizlik sahəsi, Tramp dəhlizinin təhlükəsizliyi kimi məsələlər də NATO ilə müzakirə edilə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər