00:00:00
Yazar
Admin User
01.12.2025 17:12 106 2 dəq oxuma
Siyasət

Azərbaycan və Çin kapital bazarında əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Çin kapital bazarında əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Çinə işgüzar səfəri çərçivəsində bu ölkənin Kapital Bazarlarının Tənzimlənməsi Komissiyasının sədri Vu Qinq ilə görüşüb. Bu barədə o, “X” hesabında məlumat verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, son 15 ildə Çin yumşaq güc aləti olaraq, inkişaf etmiş ölkələrin, o cümlədən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına kapitallaşma yolu ilə təsir göstərməyə çalışır:

 

"Bu kontekstdə Azərbaycanla münasibətlərin inkişafı, müxtəlif sahələr üzrə əməkdaşlıqlar – xüsusən də maliyyə və kapital bazarları istiqamətində orta və uzunmüddətli dövrdə Çin kapitalının Azərbaycana axını üçün zəmin yarada bilər.

 

Eyni zamanda nəzərə almaq lazımdır ki, Çin iqtisadiyyatının strukturu dövlət iştirakına əsaslanır və bu, dövlət səviyyəsində investisiya imkanlarının reallaşdırılması üçün münbit şərait yaradır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı rəhbərliyinin Çinə səfəri, iqtisadi əməkdaşlığın gələcəkdə dərinləşəcəyinə işarədir.Çin müxtəlif alətlərlə xarici bazarlarda iştirakçılığa maraq göstərir. Bu alətlərin Azərbaycan kapital bazarında tətbiqi və bazarın buna uyğun təkmilləşdirilməsi, ümumilikdə kapital bazarlarının inkişaf strategiyasının uğurla icrasını təmin edə bilər. Beləliklə, Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəlməsi və kapital bazarlarında aktiv iştirakı üçün əlverişli zəmin formalaşa bilər.

 

Bu prosesin hansı səviyyədə və dərinlikdə aparılacağı gələcək mərhələlərdə aydın olacaq. Çin iqtisadiyyatı ilə müqayisədə Azərbaycan iqtisadiyyatı kiçik olsa da, Çin dünyada əhəmiyyətli iqtisadi gücə malikdir bəzi illərdə qlobal iqtisadiyyatın 15%-dən çoxunu təşkil edir. Eyni zamanda, Çin investisiyalarının beynəlxalq miqyasda artmaqda olduğu müşahidə edilir.

 

Nəticə olaraq, Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsi:

- Kapital bazarlarının genişlənməsinə,

- Xarici aktorların bazara daxil olmasına,

- İnvestasiyaya çıxış imkanlarının artmasına,

- Qeyri-neft sektorunun inkişafına təkan verə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər