00:00:00
Yazar
Admin User
25.09.2025 03:59 121 1 dəq oxuma
Siyasət

Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşüblər

Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşüblər

Sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüblər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu görüş həm format, həm də ab-hava baxımından fərqlənir:

 

"Nazirlərin görüşü göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda danışıqları davam etdirirlər. Ab-hava baxımından həm də ona görə fərqlənir ki, artıq Azərbaycan və Ermənistan tərəfləri arasındakı ziddiyyətlərin 90%-i həll olunub. Yeganə maneə Ermənistan konstitusiyasının dəyişdirilməməsidir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün konstitusiya dəyişdirilmədən sülh sazişinin imzalanması regiona davamlı sülhün əldə edilməsinə mane olur. Təbii ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda təxmini bir əsrdən çox davam edən problemin aradan qaldırılması deməkdir. Sülh əldə edildikdən sonra iqtisadi əməkdaşlıq güclənəcək, hərşeydən öncə regional kommunikasiyalar açılacaq. Bütün bu proses Cənubi Qafqazın təhlükəsizliyini təmin edir. Həmçinin, Azərbaycan, Ermənistan və Gürcüstan arasında yeni bir regional birlik yarana bilər. Problem aradan qalxdıqdan sonra regiondankənar qüvvələrin müdaxiləsi sıradan çıxacaq ki, bu da təhlükəsizlik baxımından önəmlidir".

 

Türkanə Kərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər