00:00:00
Yazar
Admin User
02.12.2025 19:50 119 1 dəq oxuma
Siyasət

Azərbaycan və İran arasında mühim müzakirə

Azərbaycan və İran arasında mühim müzakirə

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

 

Qeyd olunub ki, keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər