00:00:00
Yazar
Admin User
18.05.2025 07:27 240 1 dəq oxuma
Siyasət

Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir

Azərbaycan və İran işğaldan azad edilmiş ərazilərdə birgə hərbi təlim keçirir

Azərbaycanda keçirilən “Araz-2025” birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.

 

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

 

Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər