00:00:00
Yazar
Admin User
24.11.2025 17:50 110 2 dəq oxuma
Siyasət

Azərbaycan və Mərkəzi Asiya ölkələri investisiya əməkdaşlığını genişləndirəcək

Azərbaycan və Mərkəzi Asiya ölkələri investisiya əməkdaşlığını genişləndirəcək

Azərbaycan və Mərkəzi Asiya ölkələri Daşkənddə keçirilən Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında qarşılıqlı ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi barədə razılığa gəlib. Azərbaycanı iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təmsil edib.

 

Tərəflər regional ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılması, birgə istehsal layihələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi kimi məsələləri müzakirə ediblər. Azərbaycanla ticarət dövriyyəsinin ilin əvvəlindən 13% artdığı qeyd olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, tərəf deyəndə əsasən söhbət Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında gedir:

 

"Ticarətin əsas mahiyyəti budur: bir tərəf ixrac edir, digər tərəf idxal. Bu prosesin hər iki tərəf üçün iqtisadi faydası var. İxrac edən ölkədə iş yerləri artır, iqtisadiyyat inkişaf edir, şirkətlər gəlir əldə edir. İdxal isə ehtiyac duyulan məhsulların təmin edilməsinə imkan verir. Həm idxal, həm də ixracın artması hər iki tərəf üçün faydalıdır. Alınan məhsullar istər istehsalda, istərsə də məişətdə istifadə edilir. Ona görə də ticarət dövriyyəsinin artması Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün vacibdir - iqtisadi artım, əməkdaşlığın dərinləşməsi və regionda sabitlik üçün.

 

Dövlətlər bir-biri ilə ticarət etdikcə münasibətlər möhkəmlənir. Ticarət rəqəmləri də dövlət rəhbərləri üçün iqtisadi əməkdaşlığın əsas göstəricisidir.MED University və ya regional brendlərlə bağlı suala gəlincə, düşünmürəm ki, bu layihələr qısa müddətdə xüsusi üstünlük qazandırsın. MED-in Azərbaycanda müəyyən təşəbbüsləri olsa da, bunların böyük təsir gücü yoxdur. Brend formalaşdırmaq üçün illərlə davamlı və keyfiyyətli iş görülməlidir. Məsələn, italyan paltarları və ya alman texnikası keyfiyyət rəmzidir. Bu imic uzun illərin işi nəticəsində formalaşıb. MED və ya digər brendlərin faydalı olması üçün əvvəlcə keyfiyyət anlayışı, brend dəyəri formalaşmalıdır. İndiki mərhələdə MED-in Mərkəzi Asiyada xüsusi təsir yaradacağını düşünmürəm. Əvvəlcə brend inkişaf etdirilməlidir ki, sonra onun real faydası hiss olunsun. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dostluq və qardaşlıq münasibətləri olsa da, iqtisadi-ticarət əlaqələri hələ tam formalaşmayıb. Lakin son illərdə bu istiqamətdə ciddi səylər göstərilir. Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq formatları mövcuddur və bu münasibətlərin gücləndirilməsi istiqamətində addımlar atılır. Bu əməkdaşlığın artması həm siyasi, həm də iqtisadi baxımdan müsbət haldır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər