00:00:00
Yazar
Admin User
10.11.2025 16:32 87 2 dəq oxuma
Siyasət

Azərbaycan və Özbəkistan notariat sisteminin rəqəmsallaşdırılmasını müzakirə edib

Azərbaycan və Özbəkistan notariat sisteminin rəqəmsallaşdırılmasını müzakirə edib

 

Azərbaycan və Özbəkistan arasında notariat sisteminin rəqəmsallaşdırılması müzakirə edilib.
Görüşün sonunda bu sahənin inkişafına və müvafiq mütəxəssislərlə qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni təşəbbüslər müəyyən edilib.

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, son günlər notariat fəaliyyətlərinin rəqəmsallaşdırılması istiqamətində onlayn müzakirə aparılıb:

 

"Azərbaycanla Özbəkistan arasında münasibətlər inkişaf edir və xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində bu əlaqələr daha da dərinləşir. Son dövrdə iki ölkə arasında təkcə siyasi və iqtisadi deyil, həm də ədliyyə sahəsində əməkdaşlıq istiqamətində ciddi addımlar atılır. Xüsusən may ayının sonlarında Azərbaycan Ədliyyə nazirinin Özbəkistana səfəri zamanı 2026–2027-ci illəri əhatə edən əməkdaşlıq proqramının müzakirəsi və imzalanması bu sahədə yeni mərhələyə keçidin göstəricisi idi. Artıq iki ölkənin ədliyyə nazirlikləri arasında institusional əməkdaşlıq çərçivəsi formalaşıb. Son günlər isə növbəti mərhələ notariat fəaliyyətlərinin rəqəmsallaşdırılması istiqamətində onlayn müzakirə aparılıb. Bu prosesin əsas məqsədi Azərbaycan və Özbəkistan notariat sistemlərinin elektron inteqrasiyasını təmin etməkdir. Çünki hər iki ölkədə bir-birinin vətəndaşlarının iqtisadi fəaliyyəti artmaqdadır və mülki-hüquqi xarakterli əməliyyatların xüsusilə alqı-satqı kimi proseslərin həyata keçirilməsi zamanı prosedurların sadələşdirilməsinə ehtiyac var".


Ekspertin sözlərinə görə, bu əməkdaşlıq müsbət addımdır:

 

"Rəqəmsallaşma gömrük və digər xidmətlərdə olduğu kimi notariat xidmətlərində də məsafədən elektron qaydada əməliyyatların icrasını mümkün edəcək.Bu, həm bürokratik maneələrin aradan qaldırılmasına, həm də iş adamlarının fəaliyyətinin asanlaşdırılmasına xidmət edir. Artıq bunun üçün əlavə səfər etməyə ehtiyac qalmayacaq və proseslər rəqəmsal platforma üzərindən daha sürətli həyata keçiriləcək. Bu addım türk dövlətləri arasında inteqrasiyanın praktik müstəvidə güclənməsinə, kommunikasiya və qarşılıqlı hüquqi fəaliyyətlərin sadələşdirilməsinə şərait yaradır. Nəticə etibarilə, Azərbaycan və Özbəkistanın ədliyyə sahəsində rəqəmsal əməkdaşlığının genişlənməsi iki ölkə vətəndaşları üçün mülki hüquqi müqavilələrin rəsmiləşdirilməsini asanlaşdıracaq, sürətləndirəcək və more effektiv mühit yaradacaq. Bu, ümumilikdə əməkdaşlığın inkişafı baxımından müsbət və faydalı bir addımdır".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər