00:00:00
Yazar
Admin User
31.10.2025 15:38 162 2 dəq oxuma
Siyasət

Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar

Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

 

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycanın ən çox əməkdaşlıq etdiyi ölkə Özbəkistan olmuşdur:

 

"Azərbaycan Türk dövlətləri arasında ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri kimi hər zaman Özbəkistanı ön sıraya qoyub. Bu isə təsadüfi deyil. Çünki Özbəkistan daim Azərbaycanın bir çox məsələlərdə, xüsusilə də 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi zamanı haqq səsimizi dəstəkləyib. Biz bunu həm 2020-ci ilə qədər, həm də Vətən müharibəsi günlərində dəfələrlə müşahidə etmişik.
Hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrdən biridir və Özbəkistan da bu qurumun əsas aparıcı dövlətləri sırasında yer alır. Özbəkistanın daxili iqtisadiyyatı kifayət qədər güclüdür və bu səbəbdən Azərbaycanla iqtisadi sahədə çox yaxın əlaqələri var. Ticarət əməkdaşlığı mövcuddur.
Siyasi baxımdan da, qeyd etdiyim kimi, Özbəkistan hər zaman Azərbaycanın yanında olub. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda bir-birini dəstəkləyib və bu münasibətlər hazırda da davam edir. Ümumiyyətlə, türk dilli xalqlar arasında özbək xalqı azərbaycanlılara daim hörmətlə yanaşıb. Beynəlxalq tədbirlərdə, türk dilli xalqların birliyində özbək və azərbaycanlı nümayəndələr xüsusilə həmrəy olurlar. Bu cür görüşlər və əlaqələr əməkdaşlıq baxımından yeni mərhələlərə yol açır. Belə yaxın dövlətlər arasında keçirilən yüksək səviyyəli görüşlər zamanı təbii ki, müxtəlif sahələr üzrə yeni əməkdaşlıq formatları müəyyən olunur.
Regional sabitlik və təhlükəsizlik baxımından da Azərbaycanın və Özbəkistanın mövqeləri üst-üstə düşür. Hər iki ölkə sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. Bu da onu göstərir ki, gələcəkdə bu istiqamətdə də əlaqələr davam edəcək.
İmzalanacaq yeni sazişlərə gəlincə, bu münasibətlər təbii olaraq gələcəkdə yeni sənədlərin imzalanmasına gətirib çıxaracaq. Hesab edirəm ki, özbək qardaşlarımız bundan sonra da Azərbaycana ən yaxın xalqlar arasında yer alacaq.
Yekunda demək olar ki, gələcəkdə də Azərbaycan və Özbəkistan bütün sahələr üzrə birgə fəaliyyət göstərəcək, birlikdə təmsil olunacaq və yeni əməkdaşlıq formatları quracaqlar".


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər