Azərbaycan və Pakistan XİN arasında müzakirələr olub
Bu müzakirədə onlar hər iki tərəf üçün maraqlı olan məqamları müzakirə edib. Həmçinin, Pakistan ilə qarşılıqlı əməkdaşlığın güclənməsi barədə danışıblar.
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva “Informator.az”a müsahibəsində bildirib ki, bu görüş Azərbaycan-Pakistan münasibətlərinə müsbət təsir edəcək:
“Azərbaycan və Pakistanın xarici işlər nazirləri arasında keçirilən görüş iki ölkə arasındakı ənənəvi yaxın münasibətlərin davamı kimi qiymətləndirilə bilər. Bu müzakirələr göstərir ki, tərəflər yalnız ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə kifayətlənmirlər, həm də regional proseslərdə ortaq mövqe sərgiləməyə çalışırlar. Ceyhun Bayramovun həmkarı ilə apardığı danışıqlar strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir və qarşılıqlı siyasi etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə bir görüşün Azərbaycan-Pakistan münasibətlərinə təsiri müsbət xarakter daşıyır. İlk növbədə, bu, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstəyi daha ardıcıl göstərməsi ilə nəticələnə bilər”.
Müsahib birgə əməkdaşlığın önəmini də vurgulayıb:
“Həmçinin, regional təhlükəsizlik məsələlərində ortaq yanaşmaların güclənməsi, tərəflərin maraqlarını qorumaq baxımından mühüm əhəmiyyət kəsb edir.Pakistanla əməkdaşlığın siyasi müstəvidə Azərbaycan üçün faydası beynəlxalq arenada mövqelərimizin möhkəmlənməsi, iqtisadi sahədə isə yeni imkanların açılması ilə bağlıdır. Xüsusən enerji, nəqliyyat və ticarət sahələrində birgə layihələrin reallaşdırılması ölkəmizin regionda strateji rolunu artırır. Bu baxımdan, ikitərəfli əməkdaşlığın güclənməsi yalnız ikili münasibətləri deyil, bütövlükdə regional inteqrasiya proseslərini də stimullaşdırır”.
Banuçiçək Qurbanova