Azərbaycan və Qazaxıstan avtomobil nəqliyyatı üzrə komissiyanın iclasını keçirəcək
Azərbaycan və Qazaxıstan 2026-cı ilin birinci rübündə avtomobil nəqliyyatı üzrə qarışıq komissiyanın iclasını keçirəcək.
"İnformator.az" Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında məlum olub.
"Tərəflər beynəlxalq avtomobil daşımaları ilə bağlı elektron icazələrin (e-Permit) mübadiləsinə başlanılması, 2026-cı ilin birinci rübündə avtomobil daşımaları üzrə qarışıq komissiyanın iclasının keçirilməsi və Digital Trade Corridor və Digital Logistics Platform sistemlərinin inteqrasiyası vasitəsilə logistikanın rəqəmsallaşdırılmasının davam etdirilməsi ilə bağlı razılığa gəliblər", - məlumatda bildirilib.
