00:00:00
Yazar
Admin User
30.06.2025 09:27 106 1 dəq oxuma
Dünya

Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub.


Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər