Azərbaycan və Rusiya tərəflərinin görüşü Cənubi Qafqaza nə qazandıracaq? - Politoloq AÇIQLADI
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparılıb.
Bəs Azərbaycan və Rusiya arasındakı münasibətlər Azərbaycan-Ermənistan əlaqalərinin yaxşılaşmasına və müsbət halların yaranmasına kömək edə bilərmi?
Məsələ ilə bağlı politoloq, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli İNFORMATOR.AZ-a danışıb.


Politoloq bildirib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər müttəfiqlik münasibətləridir:
"Aydındır ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər faktiki olaraq, müttəfiqlik münasibətləridir. Bu aspektdən də Sergey Lavrovun səfərindən asılı olmayaraq, Azərbaycan və Rusiya prezidentləri arasında olan münasibətlərin, eyni zamanda iki ölkənin münasibətlərini yüksək səviyyəyə qaldıran hüquqi bazanın olması qarşılıqlı münasibətlərin inkişafı üçün hər zaman böyük perspektivlər vəd eləyir".
Siyasi şərhçi əlavə edib ki, qarşılıqlı səfərlər iki dövlətin liderliyini müəyyənləşdirir:
"Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı önəmli strateji müttəfiqlərindən və tərəfdaşlarından biridir. Qarşılıqlı səfərlər şübhəsiz ki, münasibətlərin inkişafına töhfə versə də, bu prinsipial olaraq hər iki dövlətin liderliyini müəyyənləşdirdiyi siyasi punkt kimi də qəbul olunmalıdır. Həmçinin bu siyasət nəticəsində bölgədən, regiondan kənar qüvvələrin cəlb edilməsi istiqamətində addımlar da atılır. Təbii ki, bu addımlar Rusiya və Azərbaycan üçün müəyyən yeni çağırışların yaranmasına səbəb olur. Bu görüşlə prezidentlər Cənubi Qafqazda münaqişə dövlətləri arasında söz təhlükəsizliyinin təmin olunmasını, münasibətlərin normallaşmasına nail olmağı və 10 noyabr 2020-ci il bəyanatından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən addımların həyata keçirilməsini istəyirlər.
Fatimə Mustafayeva
