00:00:00
Yazar
Admin User
13.04.2025 08:30 225 1 dəq oxuma
Siyasət

Azərbaycan və Rusiya xarici işlər nazirləri regional əməkdaşlığı dəyərləndirdi

Azərbaycan və Rusiya xarici işlər nazirləri regional əməkdaşlığı dəyərləndirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov görüş keçirib və ikitərəfli, regional məsələləri müzakirə edib. 


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa Azərbaycan- Rusiya əlaqələrində ciddi dəyişikliklərin olmayacağını bildirib:

 

"Azərbaycan və Rusiya münasibətlərində bu görüşün ciddi dəyişikliklərə səbəb ola biləcəyini düşünmürəm. Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq və qonşuluq münasibətləri mövcuddur. Rusiyanın regiona hələ də təsiri var. Lakin Azərbaycan da artıq getdikcə güclənir və müəyyən məsələlərdə sərbəst qərarlar verə bilir. Buna görə də qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedə bilər. Regionla bağlı məsələlər, Azərbaycan ilə Ermənistan münasibətləri, Amerika- İran məsələləri, həmçinin təyyarə qəzası bu görüşdə müzakirə edilə bilər".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər