00:00:00
Yazar
Admin User
24.09.2025 12:20 109 2 dəq oxuma
Siyasət

Azərbaycan və Serbiya bir-birinə strateji dəstək verir

Azərbaycan və Serbiya bir-birinə strateji dəstək verir

Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç sentyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.


Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf edir:


“Bu prosesin mühüm dayaqlarından biri də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Sahibə Qafarovanın açıqlaması təsadüfi deyil, çünki Bakı və Belqrad beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləməklə siyasi etimad kapitalını gücləndirirlər. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə Serbiya açıq şəkildə Bakının yanında dayanıb. Eyni mövqeyi Azərbaycan da Kosovo məsələsində Serbiyaya dəstək verməklə nümayiş etdirib. Bu qarşılıqlı dəstək həm ikitərəfli münasibətlərin strateji xarakterini göstərir, həm də regionlarda yeni diplomatik koordinasiya nümunəsi yaradır. Parlamentlərarası əməkdaşlığın genişlənməsi siyasi münasibətlərin möhkəmlənməsinə paralel olaraq humanitar və iqtisadi əlaqələrin inkişafına da təkan verir. Deputat heyətlərinin qarşılıqlı səfərləri isə xalqlar arasında yaxınlaşmanı sürətləndirir. Azərbaycan üçün Serbiya Avropada etibarlı tərəfdaş, Serbiya üçünsə Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsi isə münasibətlərin yalnız ikitərəfli səviyyədə deyil, çoxtərəfli müstəvidə də dərinləşdiyini təsdiqləyir. Nəticə etibari ilə Azərbaycan–Serbiya əməkdaşlığı bu gün regional sabitliyə və beynəlxalq siyasətdə qarşılıqlı dəstək mexanizmlərinə mühüm töhfə verir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər