Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"Türkiyəyə işgüzar səfərimiz çərçivəsində Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşümüzdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin regional əhəmiyyətini qeyd etdik.
İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri, enerji əməkdaşlığının inkişafını və potensial layihələri nəzərdən keçirdik".