00:00:00
Yazar
Admin User
29.10.2025 17:11 144 2 dəq oxuma
Siyasət

Azərbaycan və Türkiyə nümayəndələri mühüm siyasi məsləhətləşmələr aparıb

Azərbaycan və Türkiyə nümayəndələri mühüm siyasi məsləhətləşmələr aparıb

 

Azərbaycan və Türkiyə nümayəndə heyətləri siyasi məsləhətləşmələr aparıb. Görüşdə iki ölkə arasındakı müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Şuşa Bəyannaməsi çərçivəsində əməkdaşlığın gücləndirilməsi və Türk Dövlətləri Təşkilatındakı birgə səylər vurğulanıb. Həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli bildirib ki,ABŞ-nin çox yaxın zamanda İrana zərbə endirə biləcəyini göstərən məqamların sayı kəskin artıb. Bu baş verərsə, ən çox Azərbaycan və Türkiyəyə təsir edəcək:

 

"Rəsmi məlumata görə, Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr zamanı müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu vurğulanıb. İki ölkənin dövlət başçılarının təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin vacibliyi vurğulanıb. Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də türk ailəsi hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylər vurğulanıb, bu il Qəbələdə keçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Lakin qənatimcə, bunlar ictimaiyyət üçün açıqlanan məqamlardır. Ehtimal edirəm ki, Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekincinin səfəri bölgədə və Yaxın Şərqdə gedən proseslərlə bağlıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması bölgədə yeni vəziyyət yaradır. Qəzzada atəşkəs, Suriyada yeni iqtidarın ligitimləşmək prosesi və ən əsası İran ətrafında gedən proseslər Bakı ilə Ankara arasında sürətli siyasi müzakirələrin aparılmasını diqtə edir. ABŞ-nin çox yaxın zamanda İrana zərbə endirə biləcəyini göstərən məqamların sayı kəskin artıb. Bu baş verərsə ən çox iki ölkəyə, Azərbaycan və Türkiyəyə təsir edəcək.
Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətləri yeni mərhələyə keçirən tarixi sənəd olsa da, hər bir müqavilənin işləkliyinin əsasən şəraitdən asılı olduğu unudulmamalıdır".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər