00:00:00
Yazar
Admin User
28.11.2025 17:56 106 1 dəq oxuma
Siyasət

Azərbaycan və Türkiyədən strateji memorandum

Azərbaycan və Türkiyədən strateji memorandum

 

Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu təsdiqlənəcək.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi var və bu hərbi müttəfiqlikdir:

 

"Təhlükəsizlik sahəsində də, memorandumun imzalanması təbii ki, bu Türkiyə Azərbaycan müttəfiqliyinin ən yüksək səviyyəyə qaldırılmasıdır və tərəflər arasında bütün spektrlarda münasibətlər yeni dinamika yeni mərhələyə keçir və bu, Türkiyə, Azərbaycan, Cənubi Qafqazda yeni bir siyasi sistemin yaradılması və digər ölkələrin regionda eskalasiya yaratmasının Azərbaycana qarşı hər hansı bir təzyiqlər etməsini neytrallaşdıracaq. Təbii ki, bu, yüksək səviyyədə hüquqi sənəddir və bu, həmçinin Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək. Nəzərə alaq ki, yeni dünyada təhlükəsizlik çağırışları artır. Cənubi Qafqazda da müəyyən təhlükəsizlik prinsipləri var və bu Türkiyə və Azərbaycan təhlükəsizlik sahəsində Memorandumu məhz Türkiyənin Azərbaycana ciddi dəstəyinə də, gətirib çıxaracaq və bu, müştərək əməkdaşlıq müstəvisində həyata keçiriləcək “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər