00:00:00
Yazar
Admin User
22.09.2025 07:40 101 1 dəq oxuma
Siyasət

Azərbaycan və Tanzaniyanın prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və Tanzaniyanın prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanacaq

Azərbaycan və Tanzaniyanın prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanacaq.

 

"İnformator.az" xəbər verir ki, bunu Tanzaniyanın Baş prokuroru Silvester Antoni Mvakitalu Azərbaycanın Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

 

O bildirib ki, qanunun aliliyinin qorunmasında prokurorluq orqanlarının səmərəli fəaliyyəti üçün milli və beynəlxalq qurumlar arası əməkdaşlıq zəruridir:

 

"Prokurorluq orqanları arasında əməkdaşlıq təcrübə mübadiləsi və birgə təlimlər vasitəsilə bilik mübadiləsi yolu ilə fəaliyyətin təkmilləşdirilməsində mühüm vasitədir. Ölkəm adından Tanzaniya və Azərbaycan Respublikasının prokurorluq orqanları arasında Anlaşma Memorandumunun imzalanacağına sevinirəm. Bu memorandumu iki prokurorluq orqanı arasında uzunmüddətli və davamlı əməkdaşlıq çərçivəsini formalaşdıracaq mühüm sənəd olacaq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər